Səfərbərliyə çağırılan rusiyalı özünü yandırdı - VİDEO

Səfərbərliyə çağırılan rusiyalı özünü yandırdı -  VİDEO backend

Rusiyada qismən səfərbərlik elan olunandan sonra məntəqələrdə çağırışçılarla bağlı daha bir hadisə qeydə alınıb. Belə ki, Ryazanda “Mərkəzi” avtovağzalda səfərbər olunanlardan biri özünü yandırıb.

Hadisə şahidinin sözlərinə görə, səfərbər olunan şəxs Ukraynaya döyüşməyə getmək istəmədiyi üçün belə bir addım atıb.

“O, avtobusların olduğu küçədə dayanmışdı və Ukraynada keçirilən xüsusi əməliyyatda iştirak etmək istəmədiyini qışqırırdı. Birdən yanmağa başladı. Bütün paltarı yandı... Sonra təcili yardım gəldi və onu apardı”, - deyə hadisə şahidi bildirib.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.

Qeyd edək ki, bu gün Ust-İlimskdə bir nəfər çağırış məntəqəsində hərbi komissara atəş açıb və onu ağır yaralayıb, Uryupinskdə isə 35 yaşlı şəxs hərbi komissarlığın qarşısına park etdiyi avtomobilini yandırıb.

Mənbə: Sakha News / Oxu.az

Diaspora