Rusiyada hərbi komissarlığa silahlı hücum: komissar güllələnib - Yenilənib/VİDEO

Rusiyada hərbi komissarlığa silahlı hücum:  komissar güllələnib - Yenilənib/VİDEO backend

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev Ust-İlimsk şəhərində gəncin hərbi komissarlıqda atəş açdığını, hərbi komissar Aleksandr Vladimiroviç Yeliseyevin ağır yaralandığını, lakin ölmədiyini bildirib. 

TASS xəbər verir ki, bunu o, “Telegram”dakı səhifəsində yazıb. 

Qubernatorun sözlərinə görə, hərbi komissar hazırda reanimasiyadadır, həkimlər onun həyatı uğrunda mübarizə aparır.

İ.Kobzev deyib ki, hərbi komissara atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb və qanun qarşısında cavab verəcək.  

Məlumata görə, hərbi komissarı güllələyən 25 yaşlı şəxs Ust-İlimsk şəhər sakinidir. 

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb. 

Hadisə yerində araşdırma aparılır.

 

 

*****

10:20

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlığa atəş açılması nəticəsində hərbi komissar ölüb.

“Report” xəbər verir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Ruslan Zinin adlı şəxs saxlanılıb.

Onun hərbi komissara 6 dəfə atəş açdığı məlum olub.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.

Diaspora