İran Səhiyyə Nazirliyi təxminən son bir ay ərzində 540-dan çox insanın spirtli içkidən zəhərləndiyini açıqlayıb.
Qaziler.az bu barədə "Azad İran" teleqram kanalına istinadla xəbər verir.
Nazirliyin açıqlamasına görə, hadisə zamanı ən azı 23 nəfər həyatını itirib. Lakin yerli rəsmilərin açıqlamaları qurbanların sayının artdığını göstərir.
Qeyd edək ki, İran səhiyyə nazirinin açıqlamasına görə, bir aydan az bir vaxtda İranın bir neçə bölgəsində saxta spirtli içkidən istifadə nəticəsində ölənlərin, xəstəxanada vəziyyəti ağır olanların və görmə qabiliyyətini itirənlərin sayı artıb. Hətta aralarında 12 yaşlı bir uşaq da var.
QAZİLER.AZ