Bir aydan az bir vaxtda ölkənin bir neçə bölgəsində saxta ispirtli içkidən istifadə səbəbindən 20 nəfər həyatını itirib.
Qaziler.az xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Səccad Rəzəvi deyib.
Onun sözlərinə görə, həmin müddətdə 356 zəhərlənmə faktı aşkarlanıb, zəhərlənənlərdən 187-si xəstəxanaya yerləşdirilib, 142-si isə evə buraxılıb. 33 nəfərin vəziyyətinin ağır olduğuna görə reanimasiya şöbələrində müalicə olunduqlarını deyən Rəzəvi, 16 nəfərin də görmə qabiliyyətini itirdiyini bildirib.
Səhiyyə Nazirliyinin rəsmisi zəhərlənənlərin orta yaşının 30 olduğunu, 12 yaşlı bir uşağın da saxta spirtli içkidən zəhərləndiyini qeyd edib.
QAZİLER.AZ