"Mən insidentin necə başladığını gördüm. Əgər kimsə elə düşünürsə ki, deputatı vurmaq üçün əl uzada bilər və ya başqa bir şey edə bilər, biz o əli sındıracağıq. Bunu birbaşa deyirəm".
Qaziler.az “News.am”a istinadla xəbər verir ki, bu sözləri oktyabrın 29-da jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Lazım gələrsə, kreslo ilə sındıracağıq. Qoy öz yerlərini bilsinlər. Hər şeyin bir həddi var. Onların üzvü tribunadan boş-boş danışanda, "Mülki Müqavilə" baş verənlərə qiymət verilməsinə çağırırdı. Onlar bunu qiymətləndirmədilər, qoy, indi öz əməllərinin nəticələrini çəksinlər.
Bundan sonra belə olacaq: nə qədər ki özlərini belə aparacaqlar, bir o qədər də eyni reaksiyanı alacaqlar", — deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, oktyabrın 29-da Ermənistan Parlamentində deputatlar arasında kütləvi dava olub.
QAZİLER.AZ

