Ermənistan parlamentində kütləvi dava zaldan dəhlizə keçib - VİDEO

Ermənistan parlamentində kütləvi dava zaldan dəhlizə keçib - VİDEO backend

Ermənistan parlamentində baş verən kütləvi dava iclas zalından dəhlizə keçib.

Qaziler.az xəbər verir ki, bu barədə "Yerevan․Today" məlumat yayıb.

Dava hakim "Mülki Müqavilə" partiyasından olan deputatlarla müxalifət nümayəndələri arasında baş verib. Əlbəyaxa dava qalmaqallı bəyanatları ilə tanınan Taron Çaxoyanın çıxışından sonra başlayıb. Əvvəlcə onunla "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan arasında şifahi mübahisə yaranıb, daha sonra isə siyasətçilər fiziki gücə əl atıblar.

Davam edən davaya Baş nazir Nikol Paşinyanın siyasi qüvvəsinin digər nümayəndələri də qoşulub. Parlamentin vitse-spikeri Vaaqn Aleksanyan rəqiblərinə tərəf əvvəlcə butulka, daha sonra isə kreslo atıb. İkinci vitse-spiker Ayk Konçoryan da davada aktiv iştirak edib. Parlamentin sədri Ruben Rubinyan mühafizə xidmətini çağırıb və Bakı vaxtı ilə saat 12:00-dək fasilə elan edib. Lakin buna baxmayaraq, dava iclas zalının qarşısındakı foyedə davam edib.

QAZİLER.AZ