Ermənistanda həlak olan hərbi qulluqçu Narek Torosyan kimdir?

Ermənistanda həlak olan hərbi qulluqçu  Narek Torosyan kimdir? backend

Ötən gün həlak olan müddətli həqiqi hərbi xidmət qulluqçusu Rusiya-Ermənistan Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

Qaziler.az xəbər verir ki, bu barədə sosial şəbəkədə REU-nun Jurnalistika kafedrasının müdiri Marina Alekyan yazıb. O, bunları yazıb:

“Dərin ağrı və kədər hissi ilə bildiririk ki, Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, REU-nun tələbəsi Narek Torosyan vaxtsız dünyasını dəyişib. Bu ağır itki ilə əlaqədar universitet rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar və tələbə birliyi Narekin ailəsinə, yaxınlarına, dostlarına və onu tanıyan, sevən hər kəsə dərin hüznlə başsağlığı verir”.

Xatırladaq ki, ötən gün Ermənistanın İstintaq Komitəsi hərbi qulluqçunun ölümü barədə məlumat yayıb, lakin cinayət işinin məhz hansı maddə ilə açıldığını dəqiqləşdirməyib. Müdafiə Nazirliyi isə indiyə qədər hər hansı bir məlumat təqdim etməyib.

QAZİLER.AZ