Ermənistan İstintaq Komitəsi erməni hərbi qulluqçu N.T.-nin ölümü barədə məlumat yayıb.
Qaziler.az "Sputnik Armenia" agentliyinə istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb və hazırda istintaq hərəkətləri aparılır.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Ermənistan Müdafiə Nazirliyi isə hələlik məsələ ilə bağlı hər hansı rəsmi açıqlama yaymayıb.

