Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın “Avropa üçün itirildiyini” deyib.
Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, bu ölkənin keçmiş prezidenti Salome Zurabişvili Zelenskinin bu sözlərinə münasibət bildirib.
O, Vladimir Zelenskinin “Gürcüstan artıq itirilib” ifadəsinə də cavab verib:
"Prezident Zelenski ilə bir az razı deyiləm. Biz hələ məğlub olmamışıq! Hələ də mübarizə aparırıq, hələ də küçələrdəyik. Mən özüm də küçələrdəyəm. Avropanın dəstəyinə, diqqətinə və daha fəal iştirakına ehtiyacımız var".
Sonda Zurabişvili Aİ-ni daha qətiyyətli olmağa çağırıb və bəyan edib ki, Gürcüstan, Ukrayna və Moldovanın Avropa gələcəyi Avropanın həmrəyliyindən və cəsarətindən asılıdır.
QAZİLER.AZ