Ukrayna prezidenti Vladimir Zelenski videobağlantı vasitəsilə Varşava Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət edərək Gürcüstanın “Avropa üçün itirildiyini” bir daha vurğulayıb.
Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" xəbər verir.
Zelenski xüsusilə Moldovada keçirilən parlament seçkilərində Avropayönlü qüvvələrin qələbəsini şərh edib:
"Bu gün biz Moldovanı təbrik edirik. Avropa ideyası seçkilərdə qalib gəldi - normal və sabit milli inkişaf ideyası. Rusiyanın təxribatçı təsiri artıq Avropaya yayılmayacaq. Bu gün səhər mən Maya Sandu ilə danışdım və onu Rusiyanın Moldovada sabitliyi poza bilməməsi münasibətilə təbrik etdim.
O, daha sonra deyib ki, Moldovada vəziyyət Gürcüstandan fərqlidir:
"Bu gün Gürcüstan Avropa üçün çox şeydə itirilib. Ola bilsin ki, bir gün (Avropa yoluna) qayıdacaq. Amma bunun baş verməsi üçün Avropa orada və Belarusda baş verənlərə göz yummamalıdır. Bizim regionda Rusiyanın hər uğuru həmişə Avropa üçün itkidir. Ona görə də biz bir gün və bir ölkəni itirməyi gözə ala bilmərik".
QAZİLER.AZ