Dağıstanda sudan zəhərlənənlərin sayı 274 nəfərə çatıb

Dağıstanda sudan zəhərlənənlərin sayı 274 nəfərə çatıb backend

Dağıstanın Maqaramkent rayonunda artıq 270-dən çox insan bağırsaq infeksiyası əlamətləri ilə həkimə müraciət edib.

Qaziler.az-ın məlumatına görə, bu barədə məlumatı respublikanın səhiyyə naziri Yaroslav Qlazov TASS-a bildirib. Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyəti uşaqlardır.

“Son iki gündə 274 nəfər qastroenterit əlamətləri ilə qeydiyyata alınıb, onlardan 270-i uşaqdır”, - dağıstanlı nazir deyib.

Qlazov bildirib ki, Maqaramkənd rayonunda bağırsaq infeksiyası olan xəstələrə tibbi yardım göstərilməsini şəxsən özü yoxlayıb. Bunun üçün o, rayona gələrək xəstəxananın şöbələrini gəzib, həkim və xəstələrlə görüşüb, daha sonra infeksiyanın yayılmasının qarşısının alınması üçün tədbirlərlə bağlı operativ qərargahın iclasını keçirib.

QAZİLER.AZ