Dağıstanda sudan kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə mətbuat xidməti məlumat yayıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə Maqaramkent Rayonlararası İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 1-ci hissəsi ilə istehlakçıların sağlamlığının təhlükəsizliyinin tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi faktı ilə bağlı cinayət işi açıb.
Qeyd edək ki, Dağıstanın Maqaramkent rayonundan azı 110 nəfər bağırsaq infeksiyası əlamətləri ilə həkimə müraciət edib. İlkin məlumata görə, zəhərlənmə sudan olub.
QAZİLER.AZ