Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında hələlik hər hansı bir danışıq planlaşdırılmayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə bildirib.
Kreml rəsmisi əlavə edib ki, ABŞ liderinin elan etdiyi Rusiya, ABŞ və Ukrayna prezidentlərinin üçtərəfli təmasının təşkili ehtimalından Moskva xəbərsizdir.
QAZİLER.AZ

