ABŞ-Rusiya-Ukrayna görüşünün vaxtı bəlli olur

ABŞ-Rusiya-Ukrayna görüşünün vaxtı bəlli olur backend

Rusiya və ABŞ BƏƏ-nin paytaxtı Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların dəqiq tarixinin razılaşdırılmasına başlayıblar.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında bildirib.

"Biz amerikalılarla Əbu-Dabidə Rusiya–Ukrayna–ABŞ üçtərəfli danışıqlarının keçirilmə tarixlərinin razılaşdırılması üzrə işə başlamışıq. Bu danışıqlar noyabr ayında baş tutacaq. Hazırda tarixi dəqiqləşdiririk", — deyə Kreml rəsmisi qeyd edib.

Uşakov vurğulayıb ki, tədbirin keçiriləcəyi konkret tarix həm daxili, həm də beynəlxalq xarakterli bir çox səbəblərdən asılıdır.

QAZİLER.AZ