ABŞ prezidenti Donald Tramp iki ölkə arasında yenidən yaranan münaqişə ilə bağlı Tayland və Kamboca baş nazirləri Anuthin Çanvirakun və Hun Manet ilə çox yaxşı söhbət etdiyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ lideri özünün “Truth Social” səhifəsində yazıb.
"Onlar bu axşam bütün atışmaları dayandırmaq və Malayziyanın Baş naziri Ənvər İbrahimin vasitəçiliyi ilə mənimlə əldə etdikləri ilkin sülh razılaşmalarına qayıtmaq barədə razılığa gəliblər", - Ağ Ev rəhbəri qeyd edib.
Amerika liderinin sözlərinə görə, hər iki ölkə ABŞ ilə sülhə və ticarətə hazırdır.
Qeyd edək ki, dekabrın 12-də Tramp Tayland və Kamboca liderləri ilə danışıqlar aparıb.
QAZİLER.AZ



