Tramp Tayland və Kamboca liderləri ilə danışıqlar aparıb

Tramp Tayland və Kamboca liderləri ilə danışıqlar aparıb backend

ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında artan münaqişə fonunda Tayland və Kamboca liderləri ilə telefon danışıqları aparıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Fox Business” Ağ Evə istinadən məlumat verir.

Ağ Ev rəsmisi nəşrə bildirib ki, prezident Tramp bu gün Tayland və Kamboca liderləri ilə telefon danışıqları aparıb.

Qeyd edək ki, Tayland və Kambocanın sərhəd bölgələrində hərbi əməliyyatların eskalasiyası ötən həftə sonu baş verib və davam edir.

Dekabrın 8-də Tayland Kambocanı Buriram əyalətindəki mülki ərazilərə hücum etməkdə ittiham edib. Bir müddət sonra Tayland və Kamboca sərhəd ərazisində bir-birinə zərbələr endiriblər.

QAZİLER.AZ