Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya tərəfinin ABŞ-dən Ukraynada nizamlanma üçün rəsmi olaraq heç bir 28 maddəlik plan almadığını bildirib.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə o, jurnalistlərlə keçirilən brifinqdə açıqlama verib.
"Biz rəsmi olaraq heç nə almamışıq. Məsələlərlə bağlı heç bir əsaslı müzakirə aparılmayıb", - deyə o bildirib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bildirib ki, Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı Vaşinqtondan rəsmi olaraq heç bir plan almayıb.
QAZİLER.AZ



