Zaxarova ABŞ-dən sülh planı almadığını bildirdi

Zaxarova ABŞ-dən sülh planı almadığını bildirdi backend

Rusiya Ukraynadakı münaqişənin həlli üçün ABŞ-dən rəsmi olaraq heç bir plan almayıb.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Rossiya Seqodnya" media qrupunun beynəlxalq multimedia mətbuat mərkəzində bildirib.

Onun sözlərinə görə, hazırda mediada "çoxlu sızmalar var: müzakirələr, məqamlar, planlar”.

"Bəzi məqalələrdə bir sıra məqamlar, digərlərində isə fərqli bir rəqəm haqqında danışılır. Rəsmi olaraq, ABŞ ilə ünsiyyət kanalı olan Rusiya tərəfi, Xarici İşlər Nazirliyi, ümumiyyətlə, belə bir təklif və ya plan almayıb", - Zaxarova əlavə edib.

Eyni zamanda, diplomat Rusiyanın dialoqa hazır olduğunu vurğulayıb.

QAZİLER.AZ