Macarıstanın Baş naziri Viktor Orban Rusiya lideri Vladimir Putini başa düşür və onu yaxşı tanıyır.
Qaziler.az RİA “Novosti” agentliyinə istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə Orbanla görüşü zamanı deyib.
"O (Orban – red.) Putini başa düşür və onu çox yaxşı tanıyır", - deyə Ağ Ev rəhbəri Macarıstanın Baş naziri ilə görüşündə bildirib.
Xatırladaq ki, noyabrın 7-də Orban ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Ağ Evə gəlib.
QAZİLER.AZ



