Orban Trampla görüşmək üçün Ağ Evə gəlib

Orban Trampla görüşmək üçün Ağ Evə gəlib backend

Macarıstanın Baş naziri Viktor Orban tezliklə ABŞ prezidenti Donald Trampla danışıqlarının başlayacağı Ağ Evə gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

“Bloomberg” noyabrın 7-də Orbanın Trampa beş il ərzində 600 milyon dollarlıq Amerikanın mayeləşdirilmiş təbii qazının alınmasını əhatə edən paket müqaviləsi təklif edəcəyini bildirib. Bu müqaviləyə əlavə olaraq, təklif paketinə hazırda Rusiya tərəfindən təchiz edilən nüvə yanacağının alınması üçün “Westinghouse Electric Co.” ilə 100 milyon dollarlıq müqavilə də daxildir.

Macarıstanın xarici işlər naziri Peter Siyartonun bildirdiyinə görə, Orban və Tramp Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər.

QAZİLER.AZ