“Ukraynadakı münaqişə hərbi yolla həll edilə bilməz”.
Qaziler.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus “Fox Business”ə müsahibəsində deyib.
"Bu, ətçəkən maşındır. Burada baş verənlərin hərbi həlli yoxdur," - Bryus deyib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Ukrayna nizamlanması üzrə danışıqlar kifayət qədər çətin gedir. Onun sözlərinə görə, hələlik Rusiya bütün diqqətini ABŞ-la danışıqlara yönəldir.
QAZİLER.AZ