"Ukrayna nizamlanması ilə bağlı danışıqlar kifayət qədər çətin gedir".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva və Vaşinqton sülhdən danışarkən, Avropanın paytaxtları “müharibə qurdlarına” çevrilib. Kreml sözçüsü qeyd edib ki, onlar hərbi əməliyyatları davam etdirməkdə israrlıdırlar.
“Hələlik biz amerikalılarla təmaslarımıza diqqət yetiririk. Üstəlik, iş olduqca çətin gedir”, - Peskov bildirib.
Dövlət başçısının mətbuat katibi vurğulayıb ki, Rusiya və ABŞ sülhdən danışarkən Avropanın paytaxtları “müharibə şahinlərinə” çevrilib: "Kiyev rejimi ənənəvi olaraq öz repertuarında qalır. Ona görə də işlər o qədər də rəvan getmir", - deyə Kreml nümayəndəsi fikirlərini yekunlaşdırıb.
QAZİLER.AZ