Ağdərə rayonunda minaya düşərək xəsarət alan şəxsin ayağı amputasiya ediləcək.
“Report”un Qarabağ Bürosuna Bərdə Mərkəzi Xəstəxanasında bildirilib ki, bu gün saat 20:30 radələrində minaya düşmə səbəbilə xəsarət alan 1978-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
“Sağ aşıq baldırının travmatik amputasiyası, sağ baldırın qəlpə yarası diaqnozu təyin edilən pasiyentin üzərində sağ baldır ayaq oynağının şopar oynağı amputasiyası əməliyyatı icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”, - deyə məlumatda qeyd olunub.