Ağdərədə minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib

Ağdərədə minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib backend

Ağdərə rayonunda minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib.

"Report"un məlumatına görə, Ağdərə rayonunun Qızıloba kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidən çıxarılıb.

Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib.

T.Hüseynov sağ ayağının pəncəsi və ayağının aşağı hissəsində çoxsaylı qəlpə yaraları alıb. Yaralının Bərdə Rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub.

Diaspora