“Ordumuz Ağdərə-Xankəndi yoluna tam nəzarət edə bilər”.
Qaziler.az xəbər verir ki, bu fikirləri Qarabağ qazisi, Fərrux dağı uğrunda gedən döyüşlərin iştirakçısı Rey Kərimoğlu EDNews-a müsahibəsində bildirib:
"Fərrux dağındakı yüksəkliklərdən biri də Daşbaşıdır. O yüksəkliksə Fərrux dağında ən strateji yerdir. Bunu çoxları bilmir, Daşbaşı və Fərrux dağının digər yüksəkliklərini alan tərəf “86-cı” deyilən bir yola, Ağdərə-Xankəndi yoluna nəzarət edə bilər. Əldə olunan məlumatlara görə bizim ordu hazırda Daşbaşındadır. Bu isə Əsgəran, Xanabad və Xocalının tam ovucumuzun içinə düşdüyü, Xocalının o biri başından keçən Xankəndi yolunun da nəzarətimizə keçdiyi mənasına gəlir. Bu Qarabağdakı separatçıların taleyinin həll edilməsi deməkdir.
Deyilənlər təsdiq olunarsa, Fərrux dağ silsiləsi bizdədirsə, o zaman Ağdərə- Xankəndi yolunu tam nəzarətə götürə bilərik".