Ay və Yer arasında rabitə şəbəkəsi qurulacaq

Ay və Yer arasında rabitə şəbəkəsi qurulacaq backend

Keçən günlərdə “Nokia”nın temperaturu 120 ilə 100 dərəcə arasında dəyişən və nəfəs almaq üçün havası olmayan Ayda baza stansiyaları yerləşdirərək 4G şəbəkəsi quracağını sizinlə paylaşmışdıq.

İndi Lockheed Martin Ay və Yer arasında peyk rabitəsi şəbəkəsi quracağını açıqlayıb.

“Parsec” adlı layihəni bu yaxınlarda Lockheed Martin tərəfindən təsis edilmiş “Crescent Space” şirkəti həyata keçirəcək.

İlk peykin NASA-nın Aya insanları gondərmək üçün üçüncü “Artemis”dən əvvəl 2025-ci ilə qədər buraxılması gözlənilir.

Bu arada “Parsec” şəbəkəsi Aya gondəriləcək insanlı missiyalar və nəqliyyat vasitələri üçün həyati əhəmiyyət kəsb edəcək.

Beləliklə, Ay ilə Yer arasındakı əlaqə çatışmazlıqları aradan qaldırılacaq və Ay səthinə endirilən vasitələrin idarə edilməsi daha asan olacaq.

QAZİLER.AZ

Diaspora