Bir vaxtların əfsanəvi telefon istehsalçısı “Nokia” indi 5G texnologiyasına böyük sərmayə qoyur.
Qaziler.az xarici KİVə istinadla xəbər verir ki, “Nokia” 2020-ci ildə NASA-dan 14,1 milyon dollar maliyyə vəsaiti alıb.
Belə ki, “Nokia” temperaturun 120 dərəcə ilə -100 dərəcə arasında dəyişən və nəfəs almaq üçün havanın olmadığı Ayda baza stansiyaları yerləşdirərək 4G şəbəkəsi quracaq. Enerji ehtiyacı isə Ayda yerləşdiriləcək günəş panelləri ilə təmin ediləcək.
Şirkətin rəhbəri bildirib ki, “Nokia” bu ilin sonuna kimi Ayda 4G interneti təklif etməyi planlaşdırır.
QAZİLER.AZ