Siyəzəndə Beşbarmaq dağında qadının faciəli şəkildə ölməsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, 1989-cu il təvəllüdlü Nuranə Məcidova Bakı şəhərindən gedibmiş. O, həvəskar paraşütçü olub və bir neçə dəfə paraşütlə tullanmaq üçün həmin əraziyə gedib.
Növbəti dəfə də Beşbarmaq dağına gedən qadın paraşütlə tullanıb. Lakin bu dəfə istiqaməti düz götürmədiyindən küləyə əks istiqamətə atılıb. Bu vaxt paraşüt qadına dolaşıb və nəticədə o, qayaya çırpılaraq, aldığı xəsarətlərdən hadisə yerində həlak olub.