Azərbaycanda qadın paraşütlə qayaya çırpılaraq ölüb

Azərbaycanda qadın paraşütlə qayaya çırpılaraq  ölüb backend

Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb.

APA xəbər verir ki, hadisə Beş Barmaq dağında qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Nuranə Məcidova paraşütlə eniş edərkən qayaya çırpılıb və hadisə nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.