Başqasına köməyə gedən şəxs faciəli şəkildə öldü - Yevlaxdakı dəhşətli hadisənin TƏFƏRRÜATI

Başqasına köməyə gedən şəxs faciəli şəkildə öldü - Yevlaxdakı dəhşətli hadisənin  TƏFƏRRÜATI backend

Yevlaxda baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, traktor palçıq ərazidə batmış QAZ-24 markalı minik maşınını çəkərkən aşıb.

Hadisə zamanı traktorçu Firdovsi İlqar oğlu Mustafayev həlak olub.

QAZ-24 markalı avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Diaspora