Yevlax rayonunda traktorun aşması ölümlə nəticələnib.
"Report"un məlumatına görə, Yevlax rayon ərazisində traktorun aşması nəticəsində Mingəçevir şəhər sakini 1993-cü il təvəllüdlü F.Mustafayev aldığı xəsarətdən hadisə yerində keçinib.
Xəsarət alan 1988-ci il təvəllüdlü N.Bəkirovdur. O, Mingəçevir şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.