Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı

Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı backend

Tovuzda bıçaqlanan qadının son vəziyyəti açıqlanıb.

Qaziler.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, noyabrın 13-də saat 17 radələrində 2002-ci il təvəllüdlü qadın qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Vəziyyəti orta ağır qiymətləndirilən qadın dərhal əməliyyata götürülüb. Hazırda əməliyyat davam edir.

Oxu.az