Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Qaziler.az APA-ya istinadla xəbər verir ki, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Polisin keçirdiyi tədbirlər nəticəsində S.Məmmədliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən qardaşı Ə.Məmmədzadə saxlanılıb.
Bıçaqlanma hadisəsi Tovuz "ASAN xidmət" Mərkəzinin qarşısında baş verib.
Fakt araşdırılır.

