Gəncədə C. Cabarlı adına 6 nömrəli orta məktəbdə zəhərlənən şagirdlərin sayı 7 nəfərə çatıb.
Qaziler.az "Teleqraf.az"a istinadla xəbər verir ki, daha iki şagird - 2012-ci il təvəllüdlü Z.Əsadullayeva və N.Rzayeva Gəncə şəhər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının yolxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Məlumat üçün bildirək ki, həmin şagirdlərin məktəbin bufetində şirniyyat yedikləri ehtimal olunur.

