Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91 nəfərə çatdı - Yenilənib

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91 nəfərə çatdı - Yenilənib backend

Dünən saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müraciət edənlərdən 23-ü uşaqdır.

Qaziler.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

"Onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.

*****

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb.

Qaziler.az "report.az"a istinadla xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyətə geniş məlumat verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" restoranında qeydə alınıb.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalar aparılır.