Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu backend

Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

Qaziler.az “report.az”a istiandla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.

Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.