"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunub.
Qaziler.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.
"Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik", - deyə metro bəyan edib.
Qeyd edək ki, aprelin 21-də saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib, həmçinin metronun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb.



