"Bakı Metropoliteni" QSC-nin "Qara Qarayev–Nərimanov" mənzilində hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Qaziler.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
"Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik", - məlumatda qeyd olunub.
Qeyd edək ki, aprelin 21-də "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.



