Bildiyimiz bimi noyabrın 13-də Prezident İlham Əliyev İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib. Daha sonra kilsənin Bakı ofisinin açılış mərasimi keçirilib. Tədbirdə ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak ediblər.
Qeyd edək ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi 2024-cü il iyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınıb. İcmanın sədri Quliyeva Olqa Kimovnadır.
Qaziler.az xəbər verir ki, sözügedən kilsənin açılışı və dini icmanın keçmiş tarixi, əsas prinsipləri ilə bağlı dinşunas alim Elşad Miri özünün “YouTube” kanalında maarifləndirici video paylaşıb. Videoçıxışda qeyd olunan əsas tezisləri qısa şəkildə təqdim edirik:
-Bu hərəkat özlərini İsa Məsihin Sonuncu Gün Müqəddəsləri və yaxud da Sonuncu Gün Əzizləri Kilsəsi adlandırsalar da, əslində Amerikada və digər xristianlar tərəfindən heretik olaraq “Mormonlar” adlanır.
-Mormonlar da digər xristian qruplar kimi missionerliyə, yəni öz dini düşüncələrini yaymağa və bu minvalla yayılmağa çox əhəmiyyət verirlər.
-Dini hərəkatın 1830-cü ildə Amerikada Jozef Smit tərəfindən qurulduğu və artıq 195 il ərzində 17 milyondan çox mormonun olduğu qeyd olunur. Tərəfdarları Jozef Smiti peyğəmbər olaraq qəbul edir.
-Dünyada ən sürətlə yayılan hərəkatlardan biri olduğu deyilir.
-Onlar öz teoktarik cəmiyyətlərini quran və ənənəvi xristianlıqdan daha da uzaqlaşan, öz doktrinlərini, qayda-qanunlarını diktə etməyə çalışan dini qurumdur.
-Mormonların əsas özəlliklərindən biri də çoxevlilik anlayışıdır. Bəzi tərəfdarları bu fikirlərinə görə mormonlardan uzaqlaşsa da, bəziləri buna çox normal baxır və bunu vəhy məhsulu kimi qəbul edirlər. Hətta Jozef Smitin 40-dan çox, hətta 12 və 15 yaşında arvadının olduğu bildirilir.
-1944-cü ildə Jozef Smit öldürüldükdən sonra tərəfdarları özlərini müdafiə etmək məqsədilə qapalı yaşamağa çalışırlar. Öz teoktarik dövlətlərini qurur, qayda-qanunlarını yaradır və artıq açıq-aşkar çoxevliliyə icazə verirlər. Lakin onlar yaşayan ərazi ABŞ-nin nəzarətinə keçdikdən sonra qoyduqları qanunlar ləğv edilir. Bundan sonra mormonlar “başqaları ilə birgə yaşamaq” üzərində çalışırlar və öz prinsiplərindən uzaqlaşmırlar.
-Mormonlar kilsələrinin əsl xristianlığın yeganə təmsilçisi olduğuna inanırlar.
-Onlar vəftiz olan insanların müqəddəs ruhun yardımı ilə möcüzə göstərə biləcəklərini iddia edirlər. Bundan başqa, onlar mənsublarının da vəhy ala biləcəklərinə də inanırlar.
-Mormonlar xristianlıqda əsas qəbul edilən “Əsli günah” anlayışını qəbul etmirlər.
-Uşaq vaxtı edilən vəftizi də (xaç suyuna salma) inkar edirlər.
-Xristianlığa görə tanrının 3 görünüşü olaraq qəbul edilən təstisi - “üçləmə”ni fərqli şəkildə qəbul edirlər. Onlara görə, üçləmə tanrının üç ayrı görünüşü deyil. Ata, oğul, müqəddəs ruh onlara görə fərqli şəxsiyyəti olan, bədənləri olan tanrılardır. Ona görə də, bu fikirlərinə görə onları politeizm ilə əlaqələndirirlər.
-Mormonlar ata tanrının insana bənzər bədəni, bədən üzvləri və arzuları olan bir varlıq olduğuna inanırlar.
-Onlar tanrının vaxtı ilə başqa insanlar kimi varlı olduğunu, sonradan ucalaraq tanrılıq səviyyəsinə yüksəldiyini deyirlər. Bir növ insanın da tanrılaşa biləcəyinə inanırlar.
-Digər xristianlardan fərqli olaraq, özlərinə məxsus ayinlərinin olduğuna şahid oluruq.
-Ölənlərin belə vəkalətlə, bir növ etibarnamə verərək bəzi məsələlərdə vəftiz ola biləcəklərinə inanırlar. Bu gün mormonların nəsil-nəcabətlə, soy-kökləri ilə bağlı xüsusi arxivləri var və bundan ciddi şəkildə istifadə edirlər.
-Mormon kilsələrində hər bazar günü keçirilən“çörək-şərab” ayinində şərab əvəzinə sudan istifadə edirlər. Onlar insanların sağlamlığına zərər verən spirtli içkiləri haram qəbul edirlər, siqareti isə qəti qadağan edirlər, kofe, çay içməzlər. Yaxşı mormon olmaq üçün bu qadağalardan uzaq durmaq lazımdır.
-Onlarda zəkat anlayışı kimi illik qazanclarının onda birini mütləq kilsəyə verməlidirlər.
-İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi, yəni “Mormonlar” demək olar ki, dünyanın hər yerində ciddi təşkilatlanmış bir hərəkatdır. Bu kilsə bir mərkəzdən idarə olunur.
-Bir gənc mormon 19 yaşında rahib təyin edildikdən sonra 2 il müddətinə müxtəlif yerlərə missionerlik etmək üçün göndərilir. Bu onlarda bir qaydadır.
Daha ətraflı videoda:



