ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin noyabrın 13-də açılışı olacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 13-də ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edərkən məlumat verilib.
Qəbulda Azərbaycan hökumətinin ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata almasına görə dövlət başçısına minnətdarlıq bildirilib.
Eyni zamanda bu addım Azərbaycanda bütün dinlərin nümayəndələrinə göstərilən qayğının təcəssümü kimi qiymətləndirilib.



