Daxili İşlər Nazirliyi (DİN) Nərimanov rayonunda yerləşən peşə məktəblərindən birində təhsil alan şagirdin döyülməsi barədə açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, peşə məktəblərinin birində təhsil alan 2007-ci il təvəllüdlü şagirdin xəsarət alması barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub:
“Polis əməkdaşları tərəfindən araşdırma aparılan zaman məktəbliyə xəsarətin anası tərəfindən yetirildiyi müəyyən edilib. Xəsarətlə bağlı ekspertiza təyin edilib, təhqiqat araşdırmaları aparılır. Həmçinin, məsələ ilə bağlı rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib”.