İspaniya Kralı VI Felipe öz maaşını 20 faiz azaltmaq barədə qərar qəbul edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
“La Prensa” qəzetinin yazdığına görə, 2015-ci ildən başlayaraq yeni Kral ildə 234 min avro maaş alacaq ki, bu da İspaniyanın sabiq kralı və Felipenin atası Xuan Karlosun maaşından təxminən 60 min avro daha azdır.Nəşrin məlumatına görə, ailənin başqa üzvlərinin maaşları da azalacaq, çünki onlar Kralın maaşından birbaşa asılıdırlar. Belə ki, kraliça Litisiyanın maaşı bu il 128 min avroya qədər azalacaq. Onun maaşı kral VI Filipin xanımının əməkhaqqının 55 faizini təşkil edir.
Bununla yanaşı, qeyd edilir ki, bu il Kral ailəsinin və administrasiyasının saxlanmasına dövlət büdcəsindən vəsaitlərin ayrılması dəyişməyəcək və təxminən 7,7 milyon avro təşkil edəcək.
Xuan Karlos 2014-cü il iyunun 2-də İspaniya tacından imtina etdiyini və hakimiyyətinin öz oğlu Felipeyə ötürülməsini bəyan edib. VI Felipe iyunun 19-da and içib.