PKK-nın Kərkükdə qərargahı var - Salehi xəbərdarlıq etdi

PKK-nın Kərkükdə qərargahı var - Salehi xəbərdarlıq etdi backend

İraqın Kərkük şəhərində PKK terror təşkilatının qərargahı var.

Axar.az xəbər verir ki, bu sözləri İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi deyib.

“PKK-nın Kərkükdəki varlığı bütün iraqlılar üçün təhdid yaradır. Hazırda Kərkük ətrafında, Leylan və Çimən bölgələrində PKK-nın qərargahı mövcuddur. Artıq Kərkük Mahmur və Sincardan daha təhlükəli sayılır. Bununla bərabər şimaldan narkotik maddələr gətirilir və Kərkükün mərkəzində paylanılır. Bu, bölgə xalqı üçün təhlükə yaradır”, - Ə.Salehi deyib.
Diaspora