Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri zamanı prezident postunu parlamentin sədr müavini Naci Bostancı idarə edəcək.
Ərdoğan sözügedən məsələ ilə bağlı artıq parlamentə məktub göndərib. 58 yaşlı Naci Bostancı 7 iyun parlament seçkisində AKP-dən millət vəkili seçilib.
Qeyd edək ki, Ərdoğan Şimali Kipr müharibəsinin 41-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edəcək.