Rusiyada məhkumların əməyindən Arktikada istifadə olunacaq backend

Rusiyada məhkumların əməyindən Arktikada istifadə olunacaq

“Rusiyada məhkumlar Arktika ərazisinin tullantılardan təmizlənməsinə cəlb edilə bilər”.

TASS xəbər verir ki, bunu Federal Penitensiar Xidmətin direktoru Aleksandr Kalaşnikov 2020-ci ilin yekunlarına həsr olunan kollegiya iclasındakı çıxışında bildirib.

“Federal Penitensiar Xidməti Arktikanın Rusiya hissəsini tullantılardan təmizlənməsi işinə məhkumların cəlb edilməsi məsələsini nəzərdən keçirir. Krasnoyarsk diyarı və Norilsk şəhərinin administrasiyasının rəhbərliyi ilə artıq razılıq əldə olunub”, - o deyib.

O, Arktika zonasında yerləşən müəssisələrin rəhbərlərindən bu istiqamətdə fəaliyyətlərini davam etdirməyi istəyib.

Report.az