Bu ölkənin baş naziri jurnalistlərin üzərinə dezinfeksiyaedici maye püskürtdü

Bu ölkənin baş naziri jurnalistlərin üzərinə dezinfeksiyaedici maye püskürtdü backend

Taylandın baş naziri Prayut Chan-o-cha jurnalistlərin ona ünvanladığı sualdan yayınmaq üçün jurnalistlərin üzərinə dezinfeksiyaedici maye püskürdüb.

Moderator.az xəbər verir ki, baş nazir paytaxt Banqkokda yerləşən Hökümət İdarəsində mətbuat konfransı təşkil edib. Konfrans zamanı jurnalistlərin sualına qəzəblənən nazir onların üstünə dezinfeksiyaedici maye püskürdərək mətbuat konfransının yekunlaşdığını söyləyib.

Qeyd edək ki, sözügedən nazir daha əvvəl də mətbuatkonfransı zamanı jurnalistlərin üzərinə banan qabığı atmışdı.