Ötən gecə Gümrüdə Rusiya hərbi bazasının əməkdaşının iştirakı ilə yol qəzası baş verib.
QAZİLER.AZ saytının Trend-ə istinadən verdiyi məlumata əsasən, 27 yaşlı Aleksandr Qalentyev içkili vəziyyətdə idarə etdiyi “Mersedes” markalı maşınla 3 avtomobilə dəyib. Hərbçi “Gümrü” tibb mərkəzinə yerləşdirilib.
Mərkəzin direktor müavini Armen Xaçatryan bildirib ki, hərbçi ambulator müalicə aldıqdan sonra evə buraxılıb.
Vilayət prokuroru Raffi Aslanyan isə qeyd edib ki, Hərbi polis hadisəylə bağlı araşdırma aparır.