İŞİD-in hücumu nəticəsində İraqın qərbində 26 nəfər həlak olub

İŞİD-in hücumu nəticəsində İraqın qərbində  26 nəfər həlak olub backend

Özünü “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmanın hücumu nəticəsində İraqın qərbində yerləşən Anbar əyalətinin inzibati mərkəzi olan Ramadi şəhərində təhlükəsizlik qüvvələrinin 26 nümayəndəsi həlak olub


“Al Arabiya” telekanalının yaydığı məlumata görə, onlardan 16-sı şəhərin cənubunda ekstremistlərin pusqusuna düşüb, qalan 10 nəfər isə müxtəlif rayonlarda qətlə yetirilib.

Anbar əyalətinin təhlükəsizlik qüvvələri nümayəndələrinin məlumatına görə, ötən üç gün ərzində əks-hücum əməliyyatları nəticəsində qruplaşmanın 70 ekstremisti məhv edilib.
Diaspora