Ərdoğan: “Kürəkən qədər daş düşsün başınıza” backend

Ərdoğan: “Kürəkən qədər daş düşsün başınıza”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ədalət və İnkişaf” partiyasının iclasında “Cümhuriyyət Xalq Partiyası” üzvlərinin son zamanlarda sosial şəbəkələrdəki davranışlarından bəhs edib.

“Haber Global”ın məlumatına görə, prezident xüsusilə də onun kürəkənlərinin hədəf olaraq seçildiyini qeyd edib.

“CHP-lilər sanki tvit yarışmasına başlayıblar. Sosial mediada elə hey “Kürəkən, kürəkən” deyə yazırlar. Kürəkən qədər daş düşsün başınıza”, - deyə Ərdoğan bəyan edib.

Onun bu sözləri zalda əyləşənlər tərəfindən alqışlarla qarşılanıb.