Milis əməkdaşları və “Sağ Sektor” milliyyətçi təşkilatının üzvləri arasında qarşıdurmanın davam etdiyi Zakarpat vilayətinin Mukaçevo şəhərinə hərbi birləşmə daxil olub.QAZİLER.AZ saytının APA-a istinadən verdiyi xəbərə görə, bu barədə “UNN” agentliyinə hüquq mühafizə orqanlarındakı mənbə bildirib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Antiterror Mərkəzinin rəisi Gennadi Kuznetsov UTX-nın Zakarpat vilayətində xüsusi əməliyyat keçirməyi qərara aldığını bildirib.
“Qərar artıq hazırlanıb, bütün planlar razılaşdırılıb, lazımi vasitələr və qüvvələr rayondadır. Lakin xüsusi əməliyyatın keçirilməsi ilə bağlı göstəriş hələlik verilməyib”, deyə Kuznetsov bildirib.
Qeyd edək ki, iyulun 11-də Milis əməkdaşları və “Sağ Sektor” milliyyətçi təşkilatının üzvləri arasında atışma olub.